Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Gəncə Dövlət Universitetində rəsm müsabiqəsi keçirilib

 

Aprelin 20-də  Gəncə Dövlət Universitetində tələbə gənclər təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə universitetin ayrı-ayrı fakültələrindən rəsm qabiliyyəti olan tələbələrin portret, mənzərə, vətənə məhəbbət motivli rəsm nümunələri nümayiş etdirilib. Mücərrəd düşüncəni əks etdirən işlər də diqqəti cəlb edib.

Müsabiqədə universitetin humanitar məsələlər üzrə prorektoru Asif Cavadov, elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, əməkdar rəssam, professor Şaiq Məmmədov və tələbə gənclər təşkilatının sədri Orxan Məmmədov iştirak ediblər. Açıq şəraitdə nümayiş etdirilən tələbələrin yaradıcılıq nümunələrinə müəllim və tələbələr də tamaşa etmək imkanına malik olublar. Bu baxımdan rəsm əsərlərinin müsabiqəsi həm də  əsl sərgini xatırladıb.

Müsabiqədə riyaziyyat-informatika fakültəsinin II kurs tələbəsi Ləman Verdiyeva I yerə, həmin fakültənin I kurs tələbəsi Fatma Səfiyeva və iqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Xalidə Məmmədova II yerə, filologiya fakültəsinin III kurs tələbəsi Şahzadə Qəhrəmanlı, biologiya-kimya fakültəsinin III kurs tələbəsi Ləman Məmmədova və xarici dillər fakültəsinin III kurs tələbəsi Leyla Orucova III yerə, tarix-coğrafiya fakültəsinin I kurs tələbələri Turan Abbasəliyev və Danulduz Həsənova isə IV yerə layiq görülüblər. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov