Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Çanaqqalada qazanılan tarixi qələbə türk dünyasının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb

 

Böyütmək üçün seçinAprelin 22-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1915-ci il martın 18-də Çanaqqalada gedən ağır döyüşlərdən və türk ordusunun göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb. Bildirib ki, bu savaşda türk əsgəri öz canından, qanından keçmiş, lakin Vətənin düşmən tapdağı altında qalmasına yol verməmişdir. Rektor diqqətə çatdırıb ki, 250 min türk əsgərinin şəhid olduğu bu döyüşlərdə düşmən qoşunu ağır itkilər verərək geri çəkilib, türk əsgərlərinin böyük qəhrəmanlığı nəticəsində tarixi qələbəyə imza atılıb. Bu savaşda, həmçinin türk qardaşları ilə birlikdə çiyin-çiyinə düşmənə qarşı vuruşan 3 mindən çox Azərbaycan oğlu da şəhid olub. Çanaqqala zəfəri bütün türk xalqlarının qəhrəmanlıq tarixində əbədi yaşayacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat çıxışına ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı ilə başlayaraq, xalqlarımızın dostluq və qardaşlığının çox dərin tarixi kökləri olduğunu vurğulayıb.

Böyütmək üçün seçinMilli Məclisin deputatları Jalə Əliyeva və İlham Məmmədov Çanaqqalada gedən ağır döyüşlərdən, Mustafa Kamal Atatürkün başçılığı ilə türk ordusunun göstərdiyi misilsiz şücaətlərdən söhbət açıblar.

Vurğulanıb ki, bu tarixi hadisələr Azərbaycan ilə Türkiyə arasında dostluğun və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində müstəsna rol oynayıb. Həmin dövrdə baş verənlər bir daha təsdiq edir ki, eyni etnik kökə, dilə, dinə malik olan iki qardaş xalqın sevinci də, kədəri də birdir.

Sonra türkiyəli tələbələr şanlı Çanaqqala zəfərinə həsr olunmuş şeir və mahnılar ifa ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov