Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Gənc istedad yeni bəstələr üzərində çalışır

 

 Kamil Cəfərov Fizuli rayonunda anadan olub. 1993-cü ildə o,  məcburi köçkün kimi  Bakının Nərimanov rayonunda məskunlaşıb. 1999-cu ildə isə Bakıdakı  39 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Uşaqlıqdan musiqiyə  marağı olduğu üçün   2003-cü ildə  Kamil Səttərxan adına zavodun  Mədəniyyət və Texnika  Sarayının  nəzdində muğam ixtisası üzrə tam kursu bitirib.

2005-ci ildə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin  xanəndəlik sinfinə daxil olan  gənc istedad oxuduğu müddətdə məktəbdə keçirilən tədbirlərdə, festivallarda  həvəslə iştirak edərək müəllimlərinin rəğbətini qazanıb.  2005-ci ildə  Moskvada Kremlin Qurultaylar Sarayında keçirilən "Azərbaycan günləri" çərçivəsində konsertdə uğurlu çıxışı ilə  seçilib. O, Gürcüstanda I İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə  keçirilən festivalda laureat, dahi vokalçı Bülbülün anadan olmasının 100 illik  yubileyinə həsr olunmuş festivalda isə qalib adını qazanıb. 2009-cu ildə  Kamil  "Xalq ulduzu" müsabiqəsində iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən musiqi ifaçılarının  müsabiqəsində I yerə layiq görülüb. 2010-cu il gənc musiqiçi üçün daha əlamətdar olub. O,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq tələbə adını qazanıb. Hazırda o, muğam ixtisası üzrə xalq artisti Canəli Əkbərovdan dərs alır. 2012-ci ildə Slovakiyada keçirilən XXXIII beynəlxalq folklor festivalında  Azərbaycanı uğurla təmsil edib.

Kamil Cəfərov  qocalar və uşaq evlərində xeyriyyə konsertlərində öz ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb.  Onun "Ayrılmaq istəyirəm", "Sevəcəyəm", "Qayıt gəl",  "Mənalı günlər" mahnıları  könül oxşayır və tamaşaçılar tərəfindən sevilir. İstedadlı tələbə  yeni bəstələr üzərində səylə çalışdığını da  söyləyir.

Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Kamil Cəfərov 2014-cü ildə beynəlxalq səviyyəli tədbirlərdə  əldə etdiyi uğurlara görə fəxri fərmanla təltif edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov