Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Qeyri-adi istedad sahibinin rənglər dünyası

 

Hər bir rəssamın çəkdiyi rəsm onun daxili aləmini əks etdirir, istedad və bacarığını, xasiyyət və dünyagörüşünü xarakterizə edir. Çünki hər kəs bu dünyanı öz  duyumu ilə  dərk edir. Yaradıcı insanların bu təsəvvürü isə daha maraqlı və rəngarəngdir. Qeyri-adi istedad sahibi Leyla Babayeva da təbiətdə  gedən proseslərə rənglərin gözü ilə baxır.

Bu qızcığaz  ilk dəfə 3 yaşı olanda əlinə fırça alıb.  T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq  Sarayının "Uşaq dünyası" rəsm  qalereyasında rəssamlıq sənətinin sirlərinə yiyələnib.  Müxtəlif vaxtlarda beynəlxalq rəsm müsabiqələrində iştirak edib. Bir çox diplom və fəxri fərmanlara layiq görülüb. Fərqli mövzularda çəkdiyi rəsmləri ilə yaşıdlarından fərqlənən  Leylanın  əl işləri tamaşaçılarda həmişə böyük maraq oyadıb.  İlk sərgisi  10  yaşında  ikən T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında  keçirilib.  Sərgidə rəngkarlıq, qrafika janrlarında olan müxtəlif mövzularda rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, gənc istedadın Bolqarıstanda, Brüsseldə, Vyanada  rəsm sərgisi keçirilib və  ölkəmizi  layiqincə təmsil edib. 2012-ci ildə Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən  gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Parisdə keçirilən sərgidə 11 rəssamın 49 əsəri nümayiş olunub.

O, Fransa kimi bir ölkədə gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin  keçirilməsindən  məmnunluq hissi keçirdiyini bildirib və  bu sərginin  Azərbaycanı  fransızlara tanıtmaq istiqamətində atılan addımlardan biri kimi xarakterizə edib. Sərgiyə gələn qonaqlar  Leylanın rəsmlərini seyr edərək məmnun qaldıqlarını bildiriblər.

Hazırda  Leyla Babayeva 160 nömrəli klassik gimnaziyada  təhsil alır. Onun 70 -dən artıq müxtəlif janrlarda çəkdiyi  rəsm tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 

Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov