Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

"Yer kürəsi bizim evimizdir" mövzusunda tədbir

 

Böyütmək üçün seçin Aprelin 23-də Bakıdakı humanitar fənlər təmayüllü məktəb-liseydə təhsil ocağının II sinif şagirdlərinin iştirakı ilə "Yer kürəsi bizim evimizdir" adlı tədbir keçirildi. Tədbirdə məktəb-liseyin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər və qonaqlar da iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra aparıcılar tədbiri açıq elan etdilər. Yer kürəsi, irqlər və Azərbaycanın füsunkar təbiəti  haqqında videoçarxlar tədbir iştirakçıları tərəfindən izlənildi.  Sonra şagirdlərin ifasında "Oynaya-oynaya", "Qoy həmişə günəş olsun" mahnıları səsləndirildi, şeirlər söylənildi. Müxtəlif xalqların rəqsləri şagirdlər tərəfindən məharətlə ifa olundu. Bundan başqa, mövzu ilə bağlı müxtəlif hadisələrin səhnələşdirilməsi və həmin səhnəciklərin öhdəsindən uşaqların məharətlə gəlmələri, hazırlanmış xüsusi musiqili kompozisiyalar da iştirakçılarda xoş təəssürat oyatdı.

Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Nəzakət Əsgərova iştirakçıları salamladı. Mövzunun əhəmiyyətli olduğunu və şagirdlərin gələcək həyatına çox müsbət təsir edəcəyini bildirdi. Son illər ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması istiqamətində dövlət tərəfindən aparılan işlərdən danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini nəzərə çatdırdı. Bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin əhəmiyyətindən söz açan N.Əsgərova  təhsil müəssisələrinin üzərinə də böyük vəzifə düşdüyünü qeyd etdi. Şagirdlərdə vətənə, torpağa, insanlara sevgi hissinin aşılanmasının vacibliyini vurğuladı.

Tədbirin  uşaqlarda ətraf mühiti qorumaq hissinin formalaşdırılmasında, onların artıq kiçik yaşlarından dünyanın qlobal problemlərindən biri olan ekologiyanın çirklənməsinə diqqətlərinin yönəldilməsinə, irqindən, milliyyətindən asılı olmayaraq insanlara sevgi aşılanması yönündə öz müsbət təsirini göstərəcəyini dedi. Tədbirin təşkil olunmasında zəhməti keçən hər bir şəxsə, xüsusilə məktəb-liseyin ibtidai sinif müəllimləri İlahə Quliyeva və Cəmilə Rzayevaya təşəkkürünü bildirən N.Əsgərova belə tədbirlərin davamlı olacağını söylədi.

Sonda Yer kürəsi şəklində hazırlanmış tort şagirdlər tərəfindən kəsildi, xatirə şəkli çəkildi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov