Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Karate idman növü üzrə Respublika kuboku yarışı

 

Böyütmək üçün seçinAprelin 19-da  Bərdə Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin və beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında kyokuşinkaykan karate idman növü üzrə Respublika kuboku yarışı keçirilib.

Tədbiri giriş sözü ilə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Sonra Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının prezidenti, IX dan qara kəmər ustası Teyyub Əzizov çıxış edib. 

Qeyd edək ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından olan 20 komanda bu yarışda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Bakının "Abşeron" klubu I, Xırdalanın "Çempion" klubu II və "Sədərək" klubu III yerləri tutublar.

Bərdə rayonunu bu yarışda I dan qara kəmər ustası, məşqçi Pərviz Rəsulovun yetirmələri uğurla təmsil ediblər. Belə  ki, Bərdə təmsilçilərindən  5 nəfər I, 7 nəfər II, 2 nəfər isə III yerləri tutublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov