Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Gənc istedadlar" liseyində konfrans keçirilib

 

Böyütmək üçün seçinBakı Dövlət Universiteti tələbələrinin "Gənc istedadlar" liseyində keçdikləri pedaqoji təcrübənin yekun konfransı olub. Tədbiri giriş sözü ilə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb. Konfransın əhəmiyyətindən danışan prorektor tələbələrin işini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

BDU-nun sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi  Azadə Əlizadə "Qiymətləndirmənin pedaqoji və psixoloji tərəfləri", filologiya fakültəsinin IV kurs tələbəsi Şəfəq Muradova "Tədris prosesində yeni təlim metodlarından istifadə", kimya fakültəsinin IV kurs tələbəsi Sahilə İzzətli "Müəllim şərəfli peşədir", coğrafiya fakültəsinin IV kurs tələbəsi Səadət Sadiqova "Coğrafiya kurikulumlarında məzmun standartlarının təhlili", fizika fakültəsinin IV kurs tələbəsi Aytən Kərimova "Fizika dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması"  mövzularında çıxış ediblər. 

Konfrans professorlar Ləzifə Qasımova, Qasım Hüseynov, Məmməd Yaqublu, dosent Hüseyn Əsgərovun çıxışı və müzakirələrlə başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov