Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Təhsil müəssisəsində ulu öndərin xatirəsi anılıb

 

Böyütmək üçün seçinBakıdakı A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə birgə  Nəsimi  Rayon İcra Hakimiyyətindən, Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzindən nümayəndələr, məktəb direktorları, KİV təmsilçiləri, valideynlər və digər şəxslər iştirak ediblər. Azərbaycanın Dövlət himni səsləndikdən sonra iştirakçılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqlar əvvəlcə məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.  Akt zalında davam edən tədbiri açıq elan edən təhsil ocağının direktoru  Vaqif Babayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyimizin qorunub saxlanmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı kimi tarixə düşüb. Ulu öndərin yeritdiyi müdrik daxili və xarici  siyasət bugünkü uğurlarımızın əsasını təşkil edir. Heydər Əliyevin  adı və əməlləri daim yaşayacaq.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva  Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolu barədə danışıb, onun çoxsahəli fəaliyyətinin önəmli məqamlarına toxunub

Tədbirin aparıcıları  ulu öndərin Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıb, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və dövlət quruculuğu sahəsində titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov