Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Birinci siniflərə qəbulla bağlı 36000-dək müraciət olub

 

 Məlum olduğu kimi, təhsil nazirinin müvafiq əmri ilə bu ildən Bakı şəhərinin ümumtəhsil məktəblərində  və  Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda I siniflərə qəbul elekron sistem vasitəsilə həyata keçirilir. Lisey və gimnaziyalara ərizə qəbulu üçün nəzərdə tutulmuş müddət artıq başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, lisey və gimnaziyalara 3539 elektron ərizə daxil olub. Hazırda bu tip təhsil müəssisələrində seçim üçün müsabiqələr keçirilir.

Bütövlükdə isə indiyədək  35956 valideyn övladının I sinfə qəbulu ilə bağlı elektron ərizə ilə müraciət edib. Onlardan 17293 valideyn qeydiyyatı özü onlayn vasitəsilə, 18219-u məktəblərdəki  qeydiyyat komissiyalarına, 444-ü isə paytaxtın hər bir rayonunda yaradılmış alternativ sənəd qəbulu komissiyasına  müraciət etməklə həyata keçirib.

Xatırladaq ki, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin  elektron ərizələrinin bu sistemdə qeydiyyatı sentyabrın 15-dək davam edəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov