Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Ən yaxşı müəllimin dərs nümunəsi

 

Pərvanə XƏLİLOVA,
Bakı şəhəri, 132-134 nömrəli təhsil kompleksinin tarix  müəllimi,
 "Ən yaxşı müəllim " müsabiqəsinin (2010) qalibi
 

VII SİNİF

AZƏRBAYCAN TARİXİ FƏNNİ 

Böyütmək üçün seçinMövzu: Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti. Azərbaycan Səfəvi dövlətinin yaranması.

Alt-standartlar: 2.1.2, 4.1.1

Təlim məqsədləri:

1.Səfəvilər dövətinin yaranması zamanı baş verən tarixi hadisələrə dair məlumatları xəritələr vasitəsilə izah edir.

2. Şah İsmayılın fəaliyyətini tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətlərinə görə təhlil edir.

İnteqrasiya: Coğrafiya, ümumi tarix, Azərbaycan dili

Təlim forması: Qruplarla iş

Təlim üsulu: Beyin həmləsi, Venn diaqramı, müzakirə.Böyütmək üçün seçin

Resurslar: Dərslik, iş vərəqləri, xəritə, kompüter, slaydlar, şəkillər.

Dərsin vaxt bölgüsü:

Motivasiya - 4 dəq.

Tədqiqat sualı və problemin həlli-10 dəq.

Təqdimat-8 dəq.

Məlumatın müzakirəsi: 5 dəq.

Yaradıcı tətbiqetmə- 8 dəq.

Nəticə və ümumiləşdirmə-5 dəq.Böyütmək üçün seçin

Ev tapşırığının verilməsi-2 dəq.

Qiymətləndirmə - 3 dəq.

Dərsin gedişi:

Salamlaşma. Beyin həmləsindən istifadə edərək şagirdlərlə Səfəvilərin Şah İsmayılaqədərki, yəni Ərdəbil hakimliyi dövründəki hadisələr haqqında qısa sual-cavab aparılır. Bundan sonra aşağıdakı slayd nümayiş olunur. Burada mövzunun adı və onunla bağlı şəkillər təsvir olunub.

 Motivasiya yaratmaq üçün isə bu slayd  şagirdlərə təqdim olunur:

 Burada nümayiş olunanlar haqqında şagirdlərin ilkin düşüncələri alınır, beyin həmləsi ilə mövzunun mahiyyəti müəyyənləşir.

Sinif qruplara bölünür. Qruplar adlandırılır.Böyütmək üçün seçin

Tədqiqat sualı: Dövlətin yaranması üçün düzgün siyasətin vacibliyi nədən ibarətdir.

Tədqiqatın aparılması: Tədqiqat sualının araşdırılması üçün qruplara aşağıdakı  tapşırıqlar verilir:

I qrup: Səfəvi-Şirvanşah mübarizəsi.

II qrup: Səfəvi-Ağqoyunlu dövlətinin 1-ci qolu ilə aparılan mübarizə.

III qrup: Səfəvi- Ağqoyunlu dövlətinin 2-ci qolu ilə aparılan mübarizə.

IV qrup: Çaldıran döyüşü.

Şagirdlər verilən vaxt çərçivəsində dərslik üzrə araşdırmalar aparır, təqdimatlarını hazırlayırlar. Bu müddət ərzində müəllim hər qrupa yaxınlaşır, araşdırmanın gedişinə  kənardan nəzarət edir, lazım gəldikdə isə istiqamətverici köməklik göstərir.

Təqdimat: Qruplara ayrılan vaxt bitdikdən sonra  növbə ilə hər qrup öz araşdırmalarını təqdim edir. Təqdimatlar bitdikdən sonra əldə olunmuş informasiyalar şagirdlərlə müzakirə olunur.

Yaradıcı tətbiqetmə:

Növbəti mərhələdə qruplara  iş vərəqlərində Venn diaqramları təqdim olunur.

I qrup Şah İsmayılla Cavanşirin,

II qrup Şah İsmayılla Şəmsəddin Eldənizin,

III qrup Şah İsmayılla Qara Yusifin,

IV qrup Şah İsmayılla Uzun Həsənin fəaliyyətlərinin oxşar və fərqli cəhətlərini təhlil edirlər.

Şagirdlər şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini müəyyən vaxt çərçivəsində əldə etdikləri biliklər əsasında araşdırırlar. Nəticələr nümayiş olunur.

Nəticə və ümumiləşdirmə:

Şagirdlər dərs müddəti çərçivəsində Azərbaycan Səfəvi dövlətinin yaranmasının tarixi gedişini  araşdırmış olur, xəritələr üzərində işləyərək konkret hadisələrin niyə məhz bu ərazilərdə baş verdiyi faktını anlaya bilirlər. Dövlətin yaranmasında konkret olaraq şəxsiyyətin rolunu təhlil edə bilirlər və ən əsası dərsin əvvəlində verilmiş tədqiqat sualına cavab tapırlar. "Dövlətin yaranması üçün düzgün siyasətin vacibliyi nədən ibarətdir" sualına müxtəlif cavablar vermiş olurlar. Dövlətin yaranması zamanı nüfuzlu şəxsiyyət, düzgün zamanın və düşmən qüvvələri ilə mübarizədə doğru hərbi taktikanın seçilməsi kimi vacib anlayışları mənimsəmiş olurlar.

Ev tapşırığı:

Səfəvilər dövləti ilə bağlı maraqlı faktlardan ibarət təqdimat hazırlamağı tapşırılır.

Qiymətləndirmə:

Şagirdılərin bilik və bacarıqları aşağıdakı cədvələ uyğun qiymətləndirilir: 

Təqdim olunmuş qiymətləndirmə cədvəlinin 1-ci və 2-ci sətirindəki İzahetmə və təhliletmə meyarı sırf kurikulum standartlarından çıxarılmış məqsədlərə istinad edir. Dərsin gedişi zamanı bu bacarıqların necə tətbiq olunub, mənimsənilməsinə əsasən aparılır. Digər 3 sətirdəki meyarlar  qrup işinin ümumi nəticəsi kimi öz qiymətini müəyyən etmiş olur. Nəticə hissəsində verilmiş meyarlara uyğun qiymətlər toplanır, qrupun ümumi nəticəsi şagirdlərə təqdim olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov