Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

 "Kitab mənim ən yaxın dostumdur"

 

Böyütmək üçün seçinBakı şəhəri 53 nömrəli tam orta məktəbdə  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına aid "Kitab  mənim ən yaxın dostumdur"  adlı  ədəbi-bədii  tədbir keçirilib. Tədbirdə  Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin nümayəndələri,   məktəb direktorları, yazıçılar və digər qonaqlar iştirak ediblər.

Tədbir  iştirakçıları öncə məktəbin həyətində  təşkil olunmuş şagirdlərin  əl işlərindən  ibarət sərgiyə  baxıb,  müəllimlərin dərs  keçdiyi  fənn kabinetlərində olublar.

Tədbiri giriş sözü ilə  açan  məktəbin direktoru Firəngiz Həsənova qonaqları salamlayaraq   tədbirin əhəmiyyəti   haqqında məlumat verib. 

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov ümumtəhsil məktəb şagirdlərinin mütaliə  vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı  fikirlərini bildirib. Belə tədbirlərin  digər ümumtəhsil məktəblərində  keçirilməsinin vacibliyindən  söz açıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik   Fondunun   icraçı direktoru  Oktay  Səmədov,  tanınmış yazıçı Əli Əmirli və digər qonaqlar  çıxış ediblər.

Sonra yuxarı sinif şagirdlərinin iştirakı ilə C.Cabbarlının "Oqtay Eloğlu", C.Məmmədquluzadənin "Anamın kitabı" əsərləri əsasında  hazırlanmış ədəbi-bədii kompozisiya  nümayiş etdirilib.  Məktəblilər vətənə, təhsilə  aid şeir söyləyib, mahnı oxuyublar.  

Sonra tədbir "dəyirmi masa"da davam etdirilib.  Müzakirələrdə çıxış edən   məktəb direktorları, yazıçı   və alimlər  tədbirin  tərbiyəvi  əhəmiyyətindən danışıb, onun təşkilindən  razı qaldıqlarını bildiriblər.  

Sonda  məktəbin direktoru Firəngiz Həsənova  tədbirdə iştirak edənlərə   pedaqoji kollektiv   adından  minnətdarlıq edib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov