Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Xalq şairi şagirdlərin qonağı olub

 

Böyütmək üçün seçinAprelin 15-də Bakıdakı  Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. Dövlət himni ifa olunduqdan sonra aparıcılar məktəbin IX sinif şagirdləri  Səbinə Hacıyeva və Qadir İmanov tədbiri açaraq şairin həyat və yaradıcılığından danışıblar. Onlar şairi 65 illik yubileyi münasibəti ilə təbrik edib, vaxt ayırıb şagirdlərlə görüşə gəldiyinə görə  ona təşəkkürlərini bildiriblər. Sonra şairə  həsr olunmuş fraqmentlər ekranda işıqlanıb.

Məktəbin direktoru Maisə Hacıyeva  Zəlimxan Yaqubu salamlayaraq bildirib ki, bütün varlığı xalq poeziyasıyla, saz hikmətiylə yoğrulan bir  şəxsiyyəti belə yaxından görmək, tanımaq, dinləmək bir ayrı sevincdir. Sağlığında heykəlləşən, Azərbaycan ədəbiyyatında öz sözünü deyən, yaratdığı əsərləri ilə sevilən  Zəlimxan Yaqub əslində hər zaman xalqın içində olub. Onun aydan arı, sudan duru poeziyası da xalq ruhunun ləli-cövhəridir. Direktor şairə ən gözəl nemət olan cansağlığı arzulayaraq görüşə gəldiyi,13-cildlik əsərini məktəbə hədiyyə etdiyi üçün təşəkkür edib.

Aşıq Cahangir, aşıq Şəhriyar  şairin şeirlərinə bəstələnən saz havalarını ifa ediblər.  "Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" ictimai birliyinin təsisçisi və sədri Əlövsət Qasımov, Bakıdakı 147 nömrəli texniki-humanitar liseyin direktoru Həlimə Mehdiyeva və başqaları çıxışlarında şairi təbrik edib, bu tədbirdən məmnunluqlarını bildiriblər.

Tədbirin sonunda xalq şairi Zəlimxan Yaqub təşəbbüsə və təşkilatçılığa görə məktəbin direktoru Maisə Hacıyevaya, tədbiri təşkil edən  müəllim və şagird kollektivinə, qonaqlara təşəkkür edib və bu tədbirdən çox razı qaldığını bildirib, şeirlərini söyləyib. Sonda xatirə şəkli çəkdirilib. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov