Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Sənətkar" jurnalının yeni nömrəsi çapdan çıxıb

 

Təhsil Nazirliyinin  təsisçisi olduğu "Sənətkar" elmi-pedaqoji, metodik jurnalın builki birinci nömrəsi çapdan çıxıb. Nömrə "Mütəxəssis sözü" rubrikası ilə açılır. Daimi rubrika altında  bu nömrədə Təhsil Nazirliyi İlk peşə-ixtisas təhsili sektorunun müdiri  Namiq Məmmədovun "Peşə təhsilinin müasir problemləri", dosent Şahrza Ağayevin "Şagirdlərin əməyə hazırlığında peşəyə marağın tərbiyə olunması", AMİ-nin əlavə təhsil üzrə dekanı, dosent Əsəbəli Quliyevin "Peşə təhsili müəssisələrinin marketinq xidməti" məqalələri dərc olunub.

Jurnal "Milli mənəvi dəyərlərimiz", "Ekologiya", "Müəllimə kömək" bölümlərinin  hər birində  bu nömrədə oxucularına iki yazı təqdim edib. Bunlar  "Azərbaycan xalçaları" jurnalının baş redaktoru,  əməkdar incəsənət xadimi, professor  Vidadi Muradovun "Milli dəyərlərimizin keşiyində", "Sənətkar" jurnalının əməkdaşları Rəna Rüstəmova və Pərvanə İbrahimovanın "Unudulmaqda olan ulu sənət nümunəsi", Aysel Rəsulzadənin "Ekoloji siyasətin təkmilləşdirilməsinə xidmət edən sərgi", AMEA Radiasiya Problemləri İnstitutunun dissertantı Sadiq Həsənovun "Avtomobil nəqliyyatı tərəfindən atmosferin çirkləndirilməsi", TPİ-nin dissertantı Elxan Cəfərovun "İqtisadiyyatın inkişafında frezer peşəsinə ehtiyac var", 4 nömrəli Bakı Peşə Liseyinin ixtisas fənn müəllimi  Zahirə Paşayevanın "Ağıllı lövhə"lərdən liseyimizdə necə istifadə olunur" sərlövhəli yazılarıdır.

Nömrədə  peşəyönümü işinə, qabaqcıl təcrübəyə həsr olunmuş yazılara da yer ayrılıb və şagirdlərlə aparılan peşəyönümü işində məktəblə ailənin birgə fəaliyyətinə, Ukraynada peşə təhsili sisteminə  aid yazılar verilib. TPİ-nin Peşə-ixtisas təhsili şöbəsinin böyük elmi işçisi Mətləb Aslanovun kadr hazırlığı və əmək bazarının monitorinq və qiymətləndirilməsinə, 5 nömrəli  Bakı Peşə Liseyinin psixoloqu Məleykə İsmayılovanın yeniyetmə-valideyn-məktəb münasibətlərinə təsir göstərən amillərin psixoloji təhlilinə, 17 nömrəli Bakı Peşə Liseyinin kitabxanaçısı Xanım Mehdixanlının cəmiyyətin ən qorxulu bəlası olan narkomaniyaya həsr olunmuş məqalələri ilə də oxucular bu nömrədə tanış ola biləcəklər. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov