Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb

 

Böyütmək üçün seçinAprelin 22-də Astara rayonunda məktəblilər arasında atletika idman növü üzrə zona yarışı keçirilib. Yarış Təhsil Nazirliyinin "Bakı - 2015" I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Astara Olimpiya İdman Kompleksində keçirilən yarışda 9 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Nəticələrə əsasən, yarışın qalibi Salyan məktəbliləri olub. II yeri Astara, III yeri Yardımlı rayonunun komandaları tutublar.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov