Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Uşaq və yeniyetmələr taekvando üzrə kəmər imtahanı veriblər

 

"Fateh" idman klubunun Nəsimi rayonu üzrə uşaq və yeniyetmələrdən ibarət taekvando komandasının kəmər imtahanı keçirilib. Klubun baş məşqçisi Elməddin Vəliyev və komandanın müəllimi Amid Vəliyevin rəhbərliyi ilə keçirilən imtahanı uğurla başa vuran idmançılara sertifikat və kəmər vəsiqələri təqdim olunub.

Qeyd edək ki, idmançılar 3-4 aydan bir kəmər imtahanı verərək hər dəfə bir rəngdə kəmər və hər ara mərhələdə növbəti kəmər rəngdə xətt alırlar.

Kəmərlər sarı kəmər-yaşıl xətt, yaşıl kəmər-göy xətt, göy kəmər-qırmızı xətt, qırmızı kəmər-qara xətt və sonda qara kəmər - 1-ci dan üzrə dəyişir.

Onu da bildirək ki, "Fateh" idman klubunun taekvando dərnəyi 2013-cü ildən fəaliyyətə başlayıb. Klubun "Memar Əcəmi", "Neftçilər", "Biləcəri", "Xırdalan", "Binəqədi", "Günəşli", "Pirşağı", "Kürdəxanı"" komandaları fəaliyyət göstərir. Klubun üzvləri respublika və bir sıra beynəlxalq yarışlarda ölkəmizi və klubu təmsil edərək uğurlara imza atıblar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov