Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Bakı Avrasiya Universiteti 2015/2016-cı tədris ilində universitetdə aşağıdakı vəzifələrin tutulması üçün müsabiqə elan edir:

 

Fakültə dekanı və dekan müavini:

Filologiya fakültəsi

Regionşünaslıq və iqtisadiyyat fakültəsi

 Kafedra müdiri:

Türk xalqları filologiyası kafedrası

Tərcümə, xarici dillər və xarici ölkələr ədəbiyyatı kafedrası

İqtisadiyyat və riyaziyyat kafedrası 

Regionşünaslıq kafedrası

 Professor, dosent, baş müəllim və müəllim:

İxtisaslar üzrə

Filologiya (Azərbaycan dili və ədəbiyyatı); Azərbaycan dili və ədəbiyyat müəllimliyi;

Filologiya (Türk dili və ədəbiyyatı); Türk dili və ədəbiyyatı müəllimliyi

İngilis dili müəllimliyi; İngilis dili və ədəbiyyatı müəllimliyi

Tərcümə (ingilis, alman, fransız, ərəb dilləri üzrə)

Riyaziyyat; Riyaziyyat və informatika müəllimliyi

İqtisadiyyat

Regionşünaslıq (ABŞ və Kanada ölkələri; Avropa ölkələri; Yaxın və Orta Şərq ölkələri; Qafqaz regionu)

 Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

-  rektorun adına ərizə;

-  kadrların şəxsi uçot vərəqi;

-  tərcümeyi-hal;

-  şəxsiyyət vəsiqəsinin surəti;

-  4x6 ölçüdə 2 ədəd fotoşəkil;

-  sağlamlıq haqqında arayış;

-  ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti;

-  elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;

-  dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

-  əmək kitabçasının təsdiq edilmiş surəti (saathesabı qaydada işləyənlər saathesabı ödənişlə pedaqoji fəaliyyət haqqında müvafiq arayış təqdim etməlidir). 

İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Sənədlər universitetdə yaradılmış Müsabiqə Komissiyasına təqdim edilir (məsul katib N.N.Hüseynova, 224-cü otaq).

 Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A

 Əlaqə: (+994 12) 564 42 72; (+994 12) 564 63 67

(daxili nömrə 101); (+99412) 564 63 65

(daxili nömrə 101), www.baau.edu.az, [email protected]

 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov