Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

BDU-da ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir

 

Böyütmək üçün seçin Mayın 6-da Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Rektor deyib ki, böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Sonra Baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir. Azərbaycan ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçib, iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxıb, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirilib. Ən əsası, dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilib.

Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov