Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Gəncə Dövlət Universitetində ulu öndər Heydər Əliyevin büstü açılıb

 

Böyütmək üçün seçinMayın 5-də Gəncə Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin  büstü açılıb. Universitetin əsas korpusunun foyesində qoyulan  büstün açılış mərasimində xarici qonaqlar, AMEA-nın akademikləri, Gəncə Şəhər  İcra Hakimiyyətinin nümayəndələri, KİV təmsilçiləri və universitetin professor- müəllim heyəti iştirak ediblər.

Universitetin rektoru, professor Yusif  Yusibov ulu öndərin Azərbaycan xalqı qarşısındakı  böyük xidmətlərindən danışıb, xalqımızın belə bir dahi oğlunun olması ilə fəxr etdiyini bildirib. Dahi rəhbərin büstünün üzərindən örtük götürüldükdən sonra önünə əklil qoyulub, böyük şəxsiyyətin xatirəsi yad edilib.

Elə həmin gün universitetdə Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Müasir biologiya və kimyanın aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilib.

Universitetin rektoru, professor Yusif Yusibov konfransı açaraq bildirib ki, ulu öndər Heydər Əliyev  şəxsiyyətinin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə xalqımızın, dövlətimizin həyatında əvəzedilməz rol oynayıb. Biz təhsil işçiləri həmişə fəxr edirik ki, Heydər Əliyev bir an da olsun təhsilimizi unutmamış, onun inkişafına, təhsil bazalarının maddi-texniki cəhətdən, müasir tələblərə cavab verəcək səviyyədə qurulmasına xüsusi önəm vermişdir. Onun ideyalarını davam etdirən Prezident İlham Əliyevin qayğısı nəticəsində təhsilimizin, o cümlədən universitetimizin uğurları ildən-ilə artır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, professor Sevda Qurbanəliyeva çıxışıında beynəlxalq konfransın əhəmiyyətindən söz açıb, universitet kollektivinin şəhərin ictimai, mədəni və abadlıq işlərində ciddi rol oynadığını bildirib.

Beynəlxalq konfransın plenar iclası akademik Məmməd Salmanovun "Azərbaycanda torpaq örtüyü və çay ekosistemlərinin üzvi çirkləndiricilərdən öz-özünə təmizlənməsi qabiliyyəti-problemi və həlli yolları", akademik Vaqif Abbasovun "Naftalan nefti və onun 160-340 dərəcəlik distillatlarının qaz xromatoqrafiyası-kütlə spektroksopiyası üsulu ilə tərkibinin analizi", AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının "Yeni sinif qeyri-üzvi funksional materialların-topoloji izolyatorların alınmasının fiziki-kimyəvi aspektləri", əməkdar elm xadimi, professor Vaqif Novruzovun "Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi" adlı məruzələri  dinlənilib.

Konfrans öz işini  bölmələrdə davam etdirib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov