Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Lənkəran Dövlət Universitetində konfrans

 

Mayın 8-də Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirildi.

Konfrans iştirakçıları tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzdülər.

"Azərbaycanın bölgələrində təhsilin və elmin inkişafı" mövzusunda keçirilən konfransı universitetin rektoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbirin məqsəd və vəzifələrini açıqladı.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videofilmin nümayişi oldu.

Plenar iclasda universitetin rektoru, professor Asəf İsgəndərov "Heydər Əliyev siyasətinin uğurlu davamı" mövzusunda məruzə etdi. Respublikamızın iqtisadi, sosial və elmi-mədəni sahələrində qazanılan uğurlardan danışan rektor bütün bu nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu gün isə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Konfrans "Təbiət elmləri", "Humanitar elmləri", "İqtisadiyyat və idarəetmə elmləri" bölmələrində davam etdirildi.

Bölmələrdə müxtəlif mövzularda 120-dək  məruzə dinlənildi.

Konfransda  Prezident İlham Əliyevin  elm və təhsil sahəsindəki çoxcəhətli və yorulmaz fəaliyyəti yüksək qiymətləndirildi.

Elmi konfransda respublikanın müxtəlif ali məktəblərinin, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. 

Hacı Etibar ƏHƏDOV,
L
ənkəran Dövlət Universiteti Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov