Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr arasında müsabiqə

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı, "Paşa Bank"ın və "InvestAZ" şirkətinin dəstəyi ilə Kapital Bazarı üzrə Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə seçilmiş tələbələr arasında müsabiqə keçirilib.

QKDK tərəfindən təşkil edilən tədbir ölkə Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə və vətənpərvərlik ruhuna malik gənclərin yetişdiyini vurğulayıb.

Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov tələbələrin elmə və təhsilə olan maraqlarını artırmağa yönələn belə müsabiqələrin təmsil etdiyi qurum tərəfindən gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov