Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Təhsil Problemləri İnstitutunda müharibə veteranı ilə görüş

 

Böyütmək üçün seçinTəhsil Problemləri İnstitutunda faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə tədbir keçirilib. İnstitutun direktrou Qulu Novruzov öncə tədbir iştirakçılarını salamladı.  Direktor müavinləri, institutun elmi məsləhətçiləri, şöbə müdirləri, əməkdaşları, doktorant və dissertantların iştirakı ilə keçirilən görüşdə Böyük Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Qulu Novruzov  müharibə veteranlarını qələbənin 70 illiyi münasibətilə təbrik etdi. Qeyd olundu ki, 1945-ci il faşizm üzərində qələbədə Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının misilsiz xidmətləri var. O, bu qələbənin qazanılmasında böyük rəşadət və şücaət göstərmiş cəsur döyüşçülərimizin qəhrəmanlıqlarından danışdı. Veteranların ömür yolunun gənclər üçün örnək olduğunu vurğulayaraq qələbənin tarixi əhəmiyyətindən söz açdı. Q.Novruzov ölkəmizdə veteranların, onların ailələrinin dövlətimizin başçısı tərəfindən yüksək qayğı və diqqətlə əhatə olunduğunu vurğuladı.

Görüşdə iştirak edən, ömrünün 75 ilini təhsilə həsr etmiş TPİ-nin sabiq əməkdaşı,  müharibə veteranı  İbrahim Mayılov institutun rəhbərliyinə göstərilən diqqətə görə təşəkkür etdi, tədbirdə iştirak edənlərin hamısına öz minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müharibə veteranlarına göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edən İbrahim müəllim döyüş xatirələrindən danışaraq tədbir iştirakçıları ilə müharibədəki yaşantılarını bölüşüb.

İnstitutun rəhbəri və kollektivinə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri və bundan sonra görəcəyi işlərində uğurlar arzuladı. TPİ-nin işində bundan sonra da fəal iştirak edəcəyini bildirdi.

Tədbirin sonunda institutun direktoru Q.Novruzov TPİ-nin sabiq əməkdaşları, Böyük Vətən müharibəsi veteranları  İbrahim Mayılov və Məmməd Mirzəliyevi təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə görə və faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Fəxri fərmanla təltif etdi, hədiyyələr verdi.

Sonda xatirə şəkli çəkdirildi.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov