Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Liseydə ədəbi-bədii kompozisiya nümayiş olunub

 

Böyütmək üçün seçin Mayın 6-da Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseydə    ümummilli lider Heydər Əliyevin  anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin,  Xətai Rayon  İcra Hakimiyyətinin  nümayəndələri, məktəb direktorları, valideynlər və digər qonaqlar  iştirak ediblər.

İlk öncə  Dövlət himni səsləndirilib. Sonra liseyin  direktoru  Nəzakət Əsgərova  qonaqları   salamlayaraq   ulu öndərin milli mədəni dəyərlərimizin qorunması,  təhsilimizin, mədəniyyətimizin inkişafı üçün gördüyü işlər barədə ətraflı danışıb. Vurğulanıb ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə xalqın həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə   Abdıyeva  və Təhsil Nazirliyinin  böyük məsləhətçisi  Hüseyn  Mirzəyev çıxış edərək  bildiriblər ki, ulu öndər Heydər Əliyev ömrünü   Azərbaycan dövləti və dövlətçiliyimizin taleyi ilə  bağlamış, həyatımızın bütün sahələrində  misli görünməyən işlər görmüş və  mühüm nailiyyətlər qazanmışdır. Ümummilli liderimizin  siyasəti nəticəsində  xalqımız əsrlər boyu arzusunda olduğu milli azadlığa qovuşaraq hüquqi, demokratik və  dünyəvi dövlət  quruculuğuna  qədəm qoymuşdur.

Liseyin riyaziyyat müəllimi Gülgəz Ağayeva Heydər Əliyevə həsr etdiyi  şeirini söyləyib. Digər çıxış edənlər Azərbaycanın müstəqillik  qazanmasında  ulu öndərin misilsiz xidmətlərindən  söz açıblar.

Məktəblilər  vətənə, ulu öndərə  və müstəqilliyimizə aid  şeir  deyib, mahnı oxuyub  və  ədəbi-bədii kompozisiya  nümayiş etdiriblər.

Sonda liseyin   rəhbərliyi tərəfindən müsabiqələrdə, eləcə də  tədbirlərdə   fəal iştirak edən  müəllim və şagirdlər  fəxri fərmanla  təltif olunublar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov