Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Məktəbdə Gül bayramı

 

Böyütmək üçün seçinBakıdakı M.Müşfiq adına  18 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər  Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş  tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səkinə Məmmədova  bu əlamətdar günün  respublikamızın bütün ümumtəhsil məktəblərində bayram kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, məhz ulu öndər Heydər Əliyevin böyük diqqət  və qayğısı sayəsində 1999-cu ildən təhsilin bütün pillələrində həyata keçirilən İslahat Proqramı milli təhsilimizin  dünyanın qabaqcıl ölkələrinin təhsili səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradıb.

Sonra bayram libasına bürünmüş səhnədə üçüncülərin Gül bayramına  həsr etdikləri şənliyə start verilib. Üçüncülərin  rəngarəng gül  və çiçəklərdən hazırladıqları kompozisiyalar nümayiş olunub.  Onların ifasında "Güllərin əhvalatı" adlanan tamaşa göstərilib. Şagirdlər 1997-ci ilin ilk dərs günündə ümummilli lider Heydər Əliyevin məktəbə gəlişini  xatırladıblar və 2012-ci il sentyabrın 15-də təhsil aldıqları tam orta  məktəbin əsaslı təmirdən sonra açılışında ölkə Prezidenti İlham Əliyev cənablarının iştirak etdiyini hədsiz sevinc hissi ilə vurğulayıblar.

Şagirdlərdən Çinarə, Murad, Nəzrin, Pərvin, Hüseyn, Xədicə, Xanım, Nihad, Tahir "Heydərçilərik" mahnısını məharətlə ifa ediblər.

Sonda direktor müavinləri Bəsti Ağayeva, Tahirə Məmmədbəyova  üçüncülərə maraqlı çıxışlarına və səhnəciklərə, tədbirin ərsəyə gəlməsində əməyi olan ibtidai sinif müəllimi Ellada Salamovaya isə yüksək təşkilatçılıq  keyfiyyətlərinə görə təşəkkürlərini bildiriblər. 

Sifai SƏFƏROVA,
"Azərbaycan  müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov