Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Məktəbdə Vilyam Şekspirin yaradıcılıq gecəsi keçirilib

 

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə  şagirdlərdə xarici ədəbiyyata, dünya klassiklərinin əsərlərinə maraq oyatmaq, həmçinin onlarda ingilis dilində nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə aprelin 30-da dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspirin yaradıcılığına həsr edilmiş  ədəbi-bədii gecə keçirilib.

Gecədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Lalə Qarayeva, Qafqaz  Universitetinin əməkdaşı Vüsal Yaqubov, Beynəlxalq gənclər təşkilatının əməkdaşı Fidan  Əliyeva, 246 nömrəli tam orta məktəbin direktoru Almaz Bayramova, Bakı Modern Məktəbinin nümayəndəsi Samirə Teymurova, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşı Fatma Sofiyeva və Azərbaycan Dillər Universitetinin nümayəndəsi  Ülkər Zeynalova iştirak ediblər.

Məktəblilərin V.Şekspir əsərlərinin qəhrəmanlarını özündə əks etdirən  rəsmlərindən ibarət  sərgi akt zalının nəfis tərtibatına xüsusi rəngarənglik gətirirdi.

Gecəni ingilis dilində açan məktəbin  direktoru  Nərminə Gündüzlü qeyd edib ki, 5 nömrəli tam orta məktəbdə şagirdlər öz fikirlərini, düşüncələrini bu dildə sərbəst söyləmək qabiliyyətinə malikdirlər.

Tədbir  10 ç sinif şagirdi Aytac Mirzəyevanın "All the world is a stage" şeiri ilə başlayıb. Tədbir boyu şagirdlər dahi yazıçının sonet və şeirlərindən parçalar söyləyib, "Romeo və Culyetta", "Kral Lir", "Otello", "Hamlet", "İnadkarın ram edilməsi" kimi əsərlərindən səhnələşdirilmiş parçaları böyük məharətlə nümayiş etdiriblər.

Dahi yazıçının yaradıcılığı ilə əlaqədar müxtəlif videoçarxların nümayişi, XVI əsr saray rəqsinin ifası, şagirdlərin  ingilis dilində  səlist danışmağı, xüsusilə də məktəbin direktoru N.Gündüzlünün bu gecədə Şekspirin  "Otello"  əsərindən monoloq söyləməsi tədbirdə iştirak edənlərin böyük marağına səbəb olub.  V.Şekspirin "Hamlet" əsərindən  Hamletin  monoloqu, "Madriqal" şeiri şagirdlərdən Nərgiz İsmayıllı və Eldanə Alqayevanın  ifasında məharətlə səsləndirilib.

Tədbirin sonunda Qafqaz Universiteti tərəfindən bütün iştirakçılara hədiyyələr paylanıb, qonaqlarla xatirə şəkilləri çəkdirilib. 

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov