Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Tərəqqi" texniki-humanitar liseyində viktorina

 

Böyütmək üçün seçinMayın 6-da Təhsil Nazirliyinin birbaşa tabeliyindəki  İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir və "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda viktorina keçirilib.

Dövlət himninin ifası ilə açılan tədbirdə öncə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş təqdimatın nümayişi olub. Şagirdlərdən Lamiyə, Şəms, Solmaz, Fidan, Nərmin, Emil və Zərnigar ulu öndərə həsr olunmuş şeirlər ifa ediblər. Şəms Məcidli və VI sinif  şagirdlərinin təqdim etdikləri "Tarix baba və nəvələri" səhnəciyi maraqla qarşılanıb.

Sonra viktorina başlayıb.  VII-IX sinif şagirdlərinin iştirak etdikləri viktorina "Zəka", "Sorançı", "Evrika" komandaları arasında keçirilib. Hər komanda 6 şagirddən ibarət olub.  Komandalar tarixdən müxtəlif səpgili sualları cavablandırıblar. Cavablar balla qiymətləndirilib. Yekunda 17 bal toplayan "Sorançı" komandası I, 14 bal toplayan "Zəka" komandası II yerə çıxıb. "Evrika" 12 balla  üçüncü olub. Sonda liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova  çıxış edərək tədbiri və viktorinanı yüksək qiymətləndirib, şagirdləri təbrik edib,  yarışmanı hazırlayan liseyin tarix müəllimi Sevda Yarmetovaya təşəkkürünü bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov