Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Gəncə şəhərində stolüstü tennis üzrə zona yarışı keçirilib

 

Böyütmək üçün seçinTəhsil Nazirliyi "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində Gəncə şəhərində stolüstü tennis üzrə zona yarışı keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Bərdə rayonlarının, eləcə də Gəncə şəhərinin oğlan və qızlardan ibarət komandaları mübarizə aparıb. Tədbirin bədii hissəsində idmançılar, rəqs qrupları nümunəvi çıxışlar edib, musiqili konsert təşkil olunub.

Komanda hesabında qızlar arasında 1-ci və 3-cü yerləri Gəncə şəhərinin, 2-ci yeri Samux rayonunun, oğlanlar arasında isə 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Samux, 3-cü yeri isə Daşkəsən rayonunun komandaları tutub.

Daha bir idman yarışı "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının bazasında baş tutub. Atletika idman növü üzrə zona yarışında Tovuz, Şəmkir, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən rayonlarını və Gəncə şəhərini təmsil edən 100 nəfərdən artıq idmançı qüvvəsini sınayıb.

 Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Bərdə, 3-cü yeri isə Şəmkir rayonunun komandaları tutub.

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov