Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Məktəbli hokkeyçilər mübarizəyə başlayırlar

 

Otüstü Hokkey Federasiyası respublikamızda otüstü hokkey idman növünün daha da inkişaf etdirilməsi və kütləviliyinin artırılması məqsədilə ötən ildən etibarən Bakı və Sumqayıt şəhərləri üzrə idman və təhsil idarələri ilə birgə yeni layihə həyata keçirir. Layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Əsas məqsəd şagirdlər arasında otüstü hokkeyin geniş yayılması və dərsdənkənar məşğələlərdə fərqlənən oğlan və qızların peşəkar məşqçilərin rəhbərliyi altında bölmələrdəki təlimlərə cəlb olunmasıdır.

Bu layihənin həyata keçirilməsi üçün bir il əvvəl federasiya tərəfindən Bakının 19 məktəbində fəaliyyət göstərən bölmə üzvləri hokkey ağacları və toplarla tam təchiz ediliblər. İyunun 1-də isə seminar məşğələlərində fəallıq göstərdiklərinə görə Bakı və Sumqayıt şəhərlərində 23 məktəb müəlliminə "C" kateqoriyalı məşqçi sertifikatı verilib.

Ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi müəllimlərinin dərsdənkənar vaxtlarda otüstü hokkeyin öyrədilməsi işinə qiymət vermək üçün ötən il noyabrın 1-dən 9-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Otüstü Hokkey Federasiyası ilə birgə 2000-2002-ci illər təvəllüdlü oğlan və qızlardan ibarət komandalar arasında məktəblilərin festivalını keçirib. Azərbaycanda otüstü hokkeyin yaradılmasının 45 illiyi münasibətilə təşkil edilən yarışda qızlar və oğlanlardan ibarət komandalar 2 qrupda dairəvi sistemlə mübarizə aparıb.

Qaliblərə mükafatlar və diplomlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov