Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Sumqayıt Dövlət Universitetində elmi konfrans keçirilib

 

Mayın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Magistrantların XV Respublika elmi konfransı keçirildi.

Universitetin rektoru Elxan Hüseynov iştirakçıları salamladı və konfransın işinə uğurlar arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini nəzərə almış, yüksək qiymətləndirmişdir.

Rektor Elxan Hüseynov vurğuladı ki, bü gün ulu öndərin siyasi kursunu inamla davam etdirən cənab Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir.

Rektor qeyd etdi ki, Təhsil Nazirliyinin xətti ilə XV Magistrantların Respublika elmi konfransı hər il Sumqayıt Dövlət Universitetində  keçirilir.  Builki konfransa respublikamızın 13 ali təhsil müəssisəsindən və AMEA-nın institutlarından 680-dən çox məruzə materialları daxil olmuşdur.

Konfransda fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, plenar iclasda isə müxtəlif universitetləri təmsil edən magistrantlar çıxış etdilər.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov