Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Məktəblilərin əl işlərindən ibarət sərgi

 

Bakıdakı 108 nömrəli tam orta məktəbin şagirdləri Sabunçu rayonunda keçirilən Gül bayramında fəal iştirak etdilər. Şagirdlər ulu öndərə həsr olunan şeirlər söylədilər.

Tədbirdə Sabunçu rayon məktəblilərinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Məktəbin direktoru Narınc Mehdiyeva, tərbiyə işləri üzrə direktor müavini Rəhilə Hüseynova, rəsm müəllimi Aybəniz Pənahovanın rəhbərliyi ilə uşaqların hazırladıqları maraqlı gül nümunələri, şagirdlərin köynəklərində, sifətlərində təsvir olunmuş Bakıda keçiriləcək birinci Avropa Oyunlarının simvolları tədbirə rövnəq qatdı.  

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına
108 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov