Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Fövqəladə hallarla bağlı elmi-praktik konfrans

 

Böyütmək üçün seçinLənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri  Hacı Etibar Əhədov redaksiyamıza göndərdiyi məlumatda bildirib ki, universitetdə "Gənclərin fövqəladə hallara hazır olması,  fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə birgə keçirilən konfransı universitetin elmi işlər üzrə prorektoru  Ramiz Şammədov açaraq tədbirin məqsəd və vəzifələrindən danışıb.

Fövqəladə hallar xilasetmə və mülki müdafiə  idarəsinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi-idarə rəisinin müavini, baş leytenant Renad Nuriyev "Fərdi mühafizə vasitələri haqqında ümumi anlayış və onlardan istifadə qaydaları" və "112 qaynar xətti ilə hansı hallarda əlaqə saxlamaq lazımdır?" mövzularında,  ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov "Meşə gəzintisi zamanı təhlükəsizlik tədbirləri", ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru İzzət İbadov  "2015-ci ilin yay mövsümündə regionun ərazisində yerləşən su hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi", "Yanğının başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, idarə və müəssisələrin təxliyyə planlarının hazırlanması" mövzularında məruzə ediblər.

Sonda "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri"nə dair videoçarx nümayiş olunub, müxtəlif mövzularda hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb. Konfransın gedişində xüsusi xilasetmə alət və avadanlıqları əyani şəkildə nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov