Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Yarmarkada 50-dən çox məzun işlə təmin olunub

 

Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Zaman bacarıqlı gənc mütəxəssislər tələb edir" adlı əmək yarmarkası keçirib. Universitetdən  redaksiyamıza  daxil olan  məlumatda   qeyd edilir ki,  yarmarkada ayrı-ayrı idarə və müəssisələr iştirak edərək öz vakansiyalarını təklif ediblər. Ümumilikdə, "Kənd təsərrüfatı ili" çərçivəsində keçirilən yarmarkaya 16 müəssisə tərəfindən müxtəlif ixtisaslar, o cümlədən baytar həkimi, zoomühəndis, aqronom, mühəndis-mexanik, qida texnoloqu və digər ixtisaslar üzrə 106 iş yeri çıxarılıb.

Açılış mərasimində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək aqrar sahənin ixtisaslı kadrlarla təminatında belə yarmarkaların əhəmiyyətindən danışıblar.

Yarmarkada ADAU-nun 50-dən çox məzunu işlə təmin olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov