Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Rəsmi xronika

 

* Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

 * Prezident İlham Əliyev mayın 20-də Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə olub. Həmin gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyasının ilk iclası keçirilib.

 * Mayın 18-də ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən  "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində iştirak ediblər.

 * Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

 * Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

 * Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.

 * Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.

 * Mayın 17-də dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov