Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Şagirdlər ibtidai sinfə əlvida dedilər

 

Böyütmək üçün seçinBakıdakı 108 nömrəli tam orta məktəbdə 4 "a" sinfində şagirdlərin ibtidai sinfi başa vurması münasibətilə buraxılış tədbiri keçirildi. Tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başladı. Sinif rəhbəri Xırdaxanım Kazımova uşaqları dərs ilini uğurla başa vurmaları münasibətilə təbrik etdi, onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Aparıcılar Əsgər Əsgərov, Ruqiyyə Qurbanova  və Səkinəxanım Hadıyeva məktəb həyatının yaddaqalan anlarını əbədiləşdirən məqamlardan söhbət açdılar. Şagirdlər gözəl şeirlər söylədilər, rəqs nümunələri nümayiş etdirdilər. Müəllimlərinin etimadını həmişə doğrultmağa söz verən məktəblilər Vətənə layiqli övlad kimi yetişəcəklərinə, hər yerdə onun adını uca tutacaqlarına and içdilər.

Sonra Bakıda iyun ayında keçiriləcək birinci Avropa Oyunlarının rəmzi olan məşəl tədbirə gətirildi. Bu mötəbər tədbirin məktəblilər tərəfindən də səbirsizliklə gözlənildiyi, oyunlarda qürurla Azərbaycan komandasına azarkeşlik edəcəkləri bildirildi. Sonra ağ paltarlı qızların əllərində göyərçinlə rəqsləri sülh və firavan həyata bir çağırış kimi səsləndi. Oğlanların ifasında ritmik rəqs, T.Quliyevin "Vals"ı toplaşanlar tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda məktəbin direktoru Narınc Mehdiyeva ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi başa vurmaları münasibətilə şagirdləri təbrik etdi, onlara gələcəkdə də elmlərin sirlərinə dərindən yiyələnmələrini arzuladı.

Çıxış edən valideynlər təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər. 

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov