Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Şagirdlər Azərbaycan Dövlət İqtisad və Qərb universitetlərində olublar

 

 Mayın 20-də Təhsil Nazirliyinin "Universitet kitabxanaları məktəblilərin gözü ilə" layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb Universitetinə səfəri təşkil olunub.

Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli təhsil kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və "Gənc istedadlar" liseyinin hər birindən 8 nəfər IX-XI sinif şagirdi ali məktəblərin kitabxanaları ilə yaxından tanış olub.

Hər iki ali təhsil müəssisəsinin kitabxanası haqqında şagirdlərə ətraflı məlumat verilib, elektron və ənənəvi resurslardan istifadə imkanları barədə fikirlər səsləndirilib.

 Məktəblilər universitetlərin kitabxanası haqqında təəssüratlarını qeyd edib və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparıblar.

Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub.

Layihənin yekununda ali təhsil müəssisələri kitabxanalarının imkanları və oxucu məmnunluğu baxımından şəraiti məktəblilərin rəyi əsasında qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin, şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə tanışlıq zamanı kitabxanaçılıq, informasiya mübadiləsi, kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə bölüşəcəklər. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov