Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Təhsil Problemləri İnstitutunun əməkdaşları Fransada olub

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun 6 nəfərdən ibarət nümayəndə heyəti 26-30 aprel 2015-ci il tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olub. Səfərin məqsədi Fransa Respublikasının təhsil sistemi ilə tanış olmaq, fərqli cəhətləri, müsbət tendensiyaları öyrənmək, qarşılıqlı tədqiqatların aparılması konturlarını müəyyənləşdirməkdən ibarət idi.

2013-cü ildən Təhsil Problemləri İnstitutuna direktor təyin olunan Qulu Novruzovun təşəbbüsü ilə  xarici əməkdaşlıqlarla bağlı geniş və çoxsahəli işlərə start verilmiş, o cümlədən inkişaf etmiş xarici ölkələrlə əlaqələr güclənmişdir. Beynəlxalq simpozium, seminar və konfransların təşkili intensiv xarakter almışdır. Bu mənada, Fransa Respublikasına olan səfər də həyata keçirilən silsilə tədbirlərin bir həlqəsi idi. TPİ-nin və Fransa Respublikasının Bakı ofisinin dəstəyi ilə həyata keçirilən səfərdə Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin müvafiq qurumları ilə görüşlər olub.

Bu görüşdə TPİ-ni Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri Piralı Əliyev, Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri Asif Hacıyev, institutun elmi məsləhətçisi Riza Xəlilov, Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov, aparıcı elmi işçi Gülbəniz Camalovadan ibarət nümayəndə heyəti  təmsil edib.

 Görüş zamanı hər iki ölkənin təhsili ilə bağlı mövzular üzrə təqdimatlar, müzakirələr və sual-cavablar aparılıb. Parisin Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində (CİEP) aparılan tədqiqatlarla tanışlıq  institut əməkdaşları qarşısında yeni sahələr açıb. Sonda hər iki ölkə arasında təhsillə bağlı birgə fəaliyyətin və əməkdaşlığın daha sıx və davamlı olacağı vurğulanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov