Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Valideyn və şagirdlər layihədən razıdırlar

 

Çimnaz  ƏSGƏRZADƏ,
Bakıdakı 83 nömrəli məktəb-liseyin valideyni

- İlk dəfə oğlumu bu məktəbə gətirəndə  fikirləşirdim ki, hansı sinfə qoyum. Biləndə ki, təhsil ocağında "Sağlam təhsil sinfi" yaradılıb, tərəddüd etmədən övladımın məhz  həmin  sinifdə təhsil almasını istədim.  Təbiətən oğlum sakit, mehriban uşaqdır. Lakin onun  fiziki durumu o qədər də qənaətbəxş deyildi. Elə ilk aylardan bu sinifdə olan yüksək tədris mühiti, onların birbaşa  sağlamlıqlarına yönələn təhsil texnologiyalarının tətbiqi nəticəsində  övladımın sağlamlığında ciddi irəliləyişlərin olduğunu gördüm. Sinifdə quraşdırılmış idman qurğusu, digər avadanlıqlar  onun bədən quruluşunun düzgün formalaşmasında böyük rol oynayıb.  Burada uşaqlar daim fəaliyyətdədirlər, digər adi siniflərdə oxuyan şagirdlərdən çeviklikləri ilə  fərqlənirlər. İbtidai sinif müəllimi Aynurə Müseyiblinin sinifdəki səmimi münasibəti, sağlam təhsil texnologiyalarından düzgün istifadə etməsi  onların dərslərini daha həvəslə və maraqla öyrənmələrinə şərait yaradır. Mən deyərdim ki, burada təhsil alan uşaqlar daha ünsiyətcil, fikrini sərbəst şəkildə ifadə edə bilmələri ilə seçilirlər.


Raya TANRIVERDİYEVA,
Bakıdakı 114 nömrəli tam orta məktəbin valideyni

- Valideyn kimi  bu layihə məni tam qane edir. Oğlum Kərim "Sağlam təhsil sinfi"ndə  təhsil alır.  Əvəllər  övladım tez-tez  xəstələnərdi, immuniteti zəif idi. Çox qısa bir vaxtda  oğlumda yaxşılığa doğru dəyişiklikləri müşahidə etdim. Onun sağlamlığı ilə bağlı bu və digər problemləri aradan qalxıb. Təbiətən sakit olan  oğlum aktivləşib, dərslərdə fəallıq göstərir. Mənim böyük övladım  da bu məktəbdə  IV sinifdə oxuyur. "Sağlam təhsil sinfi"ndə təhsil alan oğlum böyük qardaşından hərəkətliliyi, sərbəstliyi  ilə fərqlənir. Hər zaman öz övladlarının sağlamlığını düşünən bir ana kimi bu layihənin davam etdirilməsini çox istəyirəm.


Mədinə DAŞƏMİROVA,
Bakıdakı 214 nömrəli  tam orta məktəbin şagirdi

- Bu sinifdə oxumaq xoşuma gəlir. Sinifdə partalarımız elədir ki, istəyəndə ayaq üstə dururuq, yorulanda isə otururuq. Burada müəllimimiz dərsləri elə maraqla keçir ki, hamımız  öyrəndiklərimizi hər gün danışmaq istəyirik. Dərs zamanı heç yorulmuruq. 15 dəqiqədən bir bizə verilən xüsusi tapşırıqları çox həvəslə yerinə yetiririk. Mənə burada təhsil almaq çox maraqlıdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov