Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Mingəçevir məktəbliləri respublika fənn olimpiadalarında uğurla çıxış ediblər

 

Böyütmək üçün seçinMingəçevir Rayon Təhsil Şöbəsindən aldığımız  məlumatda bildirilir ki,   şəhərdə təhsil və idman sahəsində yüksək nəticə göstərən orta məktəb şagirdləri, onların müəllim və valideynləri ilə görüş keçirilib.Tədbirdə çıxış edənlər şagirdlərin olimpiada və bilik yarışlarında qazandıqları uğurlardan ətraflı söz açıblar. Görüşdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov şagirdlərin 2014-2015-ci tədris ili ərzində əldə etdikləri nailiyyətlərdən  söz açıb. Məlumat verilib ki, bu il Mingəçevir məktəbliləri respublika fənn olimpiadalarında uğurla çıxış edərək medallar qazanıblar. Bir məktəbli isə Çində fizika üzrə beynəlxalq olimpiadada iştirak edib. Gənc və yeniyetmələr idmanın müxtəlif növləri, xüsusilə şahmat üzrə turnirlərdə böyük uğurlara imza atıblar.

 Sonda təhsil və idman sahələrində fərqlənən məktəblilərə, eləcə də səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov