Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında tələbələrlə görüş

 

Böyütmək üçün seçinAzərbaycan Müəllimlər İnstitutunun Quba filialında "Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək" mövzusunda tələbələrlə görüş keçirilib. Görüş "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği" layihəsi çərçivəsində təşkil olunub. Görüşü filialın direktoru Əli Allahverdiyev açaraq jurnalistikanın cəmiyyət həyatındakı rolundan danışıb. Bildirilib ki, "Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği" layihəsi mövcud istiqamətdəki fəaliyyətə dəstək baxımından önəmlidir.

"RUH" AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov