Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Xalq şairinin 90 illiyinə həsr edilmiş yubiley gecəsi

 

Bakı şəhər 91 nömrəli tam orta məktəbdə   Azərbaycanın   xalq  şairi Bəxtiyar  Vahabzadənin 90 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.  Öncə məktəbin direktoru Svetlana Zülfüqarova tədbir haqqında  qonaqlara məlumat verib. Sonra tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilmiş  guşə  ilə  yaxından tanış olub, fənn kabinetlərində olublar.

Məktəbin Azərbaycan dili və  ədəbiyyat müəllimlərindən  Aybəniz Qəhrəmanova, Sədaqət Tahirova  və Sevinc Rzayeva şairin həyat və yaradıcılığı  haqqında  çıxış ediblər. Şagirdlər Bəxtiyar Vahabzadənin  şeirlərini söyləyib, mahnı oxuyub, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru İfrat  Əliyeva, universitetin müasir Azərbaycan dili kafedrasının müdiri, professor Telman Hüseynoğlu   Bəxtiyar Vahabzadə haqqında öz  xoş xatirələrini danışıblar.

Xalq şairi  Bəxtiyar Vahabzadənin  həyat və yaradıcılığına  həsr olunmuş  videoçarx  nümayiş etdirilib.

Tədbir diskussiya şəklində başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov