Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Məktəbdə olimpiada qalibinin  uğuru sevinclə qarşılanıb

 

Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbinin  uğurları çoxdur. Ötən il məktəbin iki şagirdi respublika fənn olimpiadasının finalında fərqlənib. Nərgiz Tahirli kimyadan II, Vüsalə Əzizli isə tarix fənnindən III yeri tutublar. Bu il də məktəbin adı şagirdləri fənn olimpiadalarında qalib olan təhsil müəssisələri sırasına düşüb. Məktəbin XI "b" sinif şagirdi Vüsalə Əzizli tarix fənni üzrə III yeri tutaraq bürünc medala layiq görülüb.

Nohurqışlaq kənd tam orta məktəbinin direktoru Y.Tahirov bu barədə redaksiyamıza göndərdiyi məktubda məlumat verib. Məktubda o da qeyd olunub ki, V.Əzizlinin qələbəsi münasibəti ilə məktəbdə tədbir keçirilib, müəllim və şagirdlər  onu təbrik ediblər.

Direktor bildirir ki, Vüsalənin oxuduğu  XI "b" sinfində təhsil alan şagirdlər ali məktəblərə qəbul imtahanlarına ciddi hazırlaşır. İndiyədək şagirdlərdən 3 nəfəri sınaq imtahanlarında 600, 8 nəfəri isə 500 baldan yüksək  nəticə göstərib. Vüsalə isə 664 bal toplayıb. Bu uğurun  əldə edilməsində isə müəllimlərin xüsusi əməyi olduğu diqqətə çatdırılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov