Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Müsabiqənin qalibləri mükafatlandırılıb

 

Oğuz  rayon Yaqublu kənd tam orta məktəbində "Gəlin kitab oxuyaq" devizi  altında tədbir keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Atakişiyeva  tərəfindən redaksiyamıza daxil olan məktubda bildirilib ki, tədbir slaydların müşayiəti ilə şagirdlər tərəfindən kitab və mütaliə haqqında aforizm, atalar sözlərinin söylənməsi ilə başlayıb.

Sonra mütaliənin əhəmiyyəti, onun insanın dünyagörüşünün formalaşması və sağlamlığının mühafizəsindəki rolu haqqında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin mühazirələri, kitab oxumağın faydaları, kitabın bilik mənbəyi olması, səmərəli mütaliə şəraiti və şərtləri, məktəb kitabxanasının fəaliyyəti, kitabların qorunması, oxunmuş kitablar və bədii əsərlərin qəhrəmanlarına münasibət  barədə şagirdlərin çıxışları  dinlənilib.

Tədbirdə həmçinin kitaba həsr olunmuş şeir və mahnılar səslənib, "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Dəli Domrul" adlı səhnəcik göstərilib, bədii əsərlər əsasında çəkilmiş cizgi filmləri, mütaliəni təbliğ edən videoçarx  nümayiş etdirilib.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

 Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov