Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Tələbələrin ifasında "Evlənmə" tamaşası nümayiş olunub

 

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında "Evlənmə" tamaşası nümayiş olunub. N.Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış "Evlənmə" tamaşası ADMİU-nun "Dram teatrı və kino aktyorluğu" ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin diplom işidir. Kursun rəhbəri və tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının əməkdar artisti Gülşad Baxşıyevadır.   

Tamaşada ADMİU-nun aktyor sənəti fakültəsinin 4-cü kurs tələbələri Şəbnəm Əliyeva (Aqafya Tixonovna), Ayşən Mirzəyeva (Fyokla İvanovna), Könül Əbilova (Arina Panteleymonovna), Əbdül Məcidli (İvan Kuzmiç Podkolyosin), Ayaz Məmmədov (İlya Fomiç Koçkaryov), Elməddin Məmmədov (İvan Pavloviç Yaiçnitsa), Məhəmməd Abdullazadə (Nikanor İvanoviç Anuçkin), Elmir Yusifli (Baltazar Baltazaroviç Jevakin),  Nərgiz Cəbiyeva (Dunyaşa) və Seymur İkramlı (Stepan) çıxış ediblər. 

Elçin CƏFƏROV,
Akademik Milli Dram Teatrının mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov