Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Şagirdlər arasında regional məktəb çempionatı keçirilib

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilib.

"Bakı-2015" I Avropa Oyunlarına həsr olunmuş çempionatda ölkəmizin bütün bölgələrinin komandaları regional qalib adı uğrunda mübarizə aparıblar.

Çempionatın açılış mərasimində Təhsil Nazirliyinin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində silsilə tədbirlər həyata keçirdiyi qeyd olunub və gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində təşkil edilən bilik yarışlarının əhəmiyyəti vurğulanıb. İntellektual yarışın hər bir azərbaycanlı üçün qürurverici hadisə olan "Bakı-2015" I Avropa Oyunlarına həsr olunması təqdir edilib.

Bildirilib ki, yarışın keçirilməsi regionlarda gənclərin intellektual klublarının yaradılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb edilməsi və onların asudə vaxtının səmərəli təşkilinin təmin olunması məqsədlərinə xidmət edir.

Rəsmi mərasimdən sonra çempionata start verilib. Bütün ölkə üzrə eyni gündə keçirilən çempionatda 12 qalib müəyyən olunub.

Üç saat davam edən yarışın nəticələrinə əsasən, Bakı birinciliyinin qalibi 18 nömrəli tam orta məktəbin komandası olub. Gəncədə keçirilən regional yarışda birinci yeri Gəncə şəhər 31 nömrəli tam orta məktəbin, Sumqayıtda keçirilən regional yarışda isə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin komandası tutub. Ətraf rayonların komandalarının iştirakı ilə keçirilən Lənkəran regional yarışının qalibi Masallı, Quba regional yarışının qalibi Şabran, Şəmkir regional yarışının qalibi Şəmkir, Mingəçevir regional yarışının qalibi Ağdaş, Şirvan regional yarışının qalibi Şirvan, Göyçay regional yarışının qalibi Zərdab rayonunun komandası olub.

Qaliblərə Təhsil Nazirliyinin diplomu, kubok və medallar təqdim edilib.

Bakı birinciliyinin və regional yarışların qalibləri bu ilin sentyabr və oktyabr aylarında keçiriləcək "Təhsil Kuboku" uğrunda yarışlarda iştirak hüququ qazanıblar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov