Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Bakıda velosiped üzrə növbəti zona yarışı keçirilib

 

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə növbəti zona yarışı keçirilib.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dənizkənarı Milli Parkda təşkil olunmuş yarışın açılış mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil Nazirliyinin "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında təşkil olunub.

100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupları üzrə 1-ci və 2-ci yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupları üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Nizami, 2000-ci il yaş qrupları üzrə 1-ci yeri Xətai, 2-ci və 3-cü yerləri Binəqədi, qızlar arasında 1-ci və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami rayonunun məktəbliləri tutub.

Qaliblər diplom və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov