Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Əfqan Bayramov Avropa çempionu olub

 

Azərbaycanın ağır atleti, "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub. "Təhsil" Respublika İdman Mərkəzinin və idman məktəbinin  ağır atletika bölməsinin baş məşqçisi, əməkdar bədən tərbiyəsi və  idman xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovdan aldığımız məlumata görə, onun yetirməsi Ə.Bayramov Gürcüstanın Tbilisi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində mübarizə apararaq təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.

Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə V-VI yerləri bölüşüb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov