Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

BDU-da Respublika Günü qeyd edilib

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasından, Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən, bu əlamətdar hadisənin millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi qoyduğu izlərdən bəhs edib. Rektor bildirib ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən xaos müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaqla ölkəni parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan  beynəlxalq səviyyədə çox böyük uğurlara imza atdı və həmin siyasət bu gün Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

Daha sonra BDU-nun professoru, millət vəkili Musa Qasımlı, akademik Vasim Məmmədəliyev, tələbələr adından isə hüquq fakültəsinin tələbəsi Nihad Səmidzadə çıxış ediblər.   

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov