Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Respublika Gününə həsr olunmuş konsert

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin musiqi təlimi kafedrasının solo oxuma ixtisası üzrə təhsil alan tələbələrinin 28 may - Respublika Gününə həsr olunmuş konserti olub.

Konsertin proqramında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Ramiz Mirişli, Tofiq Quliyev, Fikrət Əmirov və Rauf Hacıyevin ölməz bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşayiət olunub. Tələbələrin ifa etdikləri musiqi nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirin 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə - 28 may - Respublika Günü ərəfəsində keçirildiyini nəzərə çatdırıb. Rektor, bu cür konsertlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb, müəllim və tələbələrə gələcəkdə repertuarlarını daha da genişləndirməyi tövsiyə edib. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov