Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

 "Gənc istedadlar" liseyində "Son zəng"

 

Böyütmək üçün seçin Mayın 29-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Rektor, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edib, hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə inandığını bildirib.

Rektor liseyin 8 illik fəaliyyəti dövründən danışıb, məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldığını vurğulayıb. Akademik Abel Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları bir daha təbrik edib.

Liseyin direktoru, professor Qasım Hüseynov bu il liseyin 57 nəfər məzununun yüksək bal toplayıb istədikləri ali məktəblərə qəbul olacağına inandığını bildirib.

Daha sonra valideynlər adından Sənan Babayev, məzunlar adından keçən il 695 balla ən yüksək nəticə göstərən Mustafa Hacıyev çıxış ediblər.

Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov