Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Təhsil ekspertləri və QHT nümayəndələri imtahanda

 

Böyütmək üçün seçinMayın 27-də təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər.

Prosesdə əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, "XXI əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər.

Ekspertlər tələbələrlə ünsiyyətdə olub və imtahan prosesinin şəffaf şəkildə aparıldığını qeyd ediblər. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov