Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Universitetdə Respublika Günü qeyd olundu

 

Böyütmək üçün seçinSumqayıt Dövlət Universitetində 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü qeyd olundu.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə universitetin rektoru Elxan Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə gərgin və mürəkkəb ictimai-siyasi bir şəraitdə yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın yaddaşına tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi həkk olunmuşdur.

Rektor vurğuladı ki, XX əsrin 90-cı illərində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, ölkəmiz ilk illər çətin ictimai-siyasi proseslər məngənəsində idi. Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos və anarxiya mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsini gündəmə gətirmişdi. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırmışdır.

Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına dəyərli töhfələr verməkdədir. Bu baxımdan Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin milli vətənpərvərlik hissini gücləndirmək məqsədi ilə dərslərin ilk saatı Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli tarixinə həsr olunmuşdur.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında sənədli film nümayiş olundu. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov